Ukraynanın Xarkov vilayətinin İzyum şəhərinə endirilən zərbə nəticəsində xəsarət alanların sayı 21 nəfərə yüksəlib.
Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Bildirilib ki, yaralılar arasında dörd uşaq da var. Onların ən kiçiyi 10 aylıq oğlandır.