Vəkil həbs edildi:Ağır maddələrlə ittiham olunur

Məhkəmə polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli barəsində qərar verib.Oxu24.com-un xəbərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.Məhkəmə təqdimatı təmin edib.Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4, 240.2.1, 240.2.2-ci maddələri ilə ittiham irəli sürülüb.Qeyd edək ki, vəkil Orxan Rüstəm oğlu Kəngərli polis tərəfindən saxlanılıb.O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunur.Vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun müdiridir.