"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alındı

Çempionlar Liqasının liqa mərhələsində "Sabah" və "Barselona" arasında keçiriləcək oyuna müxtəlif ölkələrdən azarkeşlər bilet əldə ediblər.

Bakı klubunun sosial şəbəkə hesabında yayılan məlumata əsasən, qarşılaşmanı izləmək üçün 74 ölkədən bilet sifariş edilib.

Görüş noyabrın 25-də saat 21.45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.