Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.
Yerli jurnalistlər Prezident İlham Əliyevin səfərini işıqlandırmaq üçün Vyetnama yola düşüblər.
Qeyd edək ki, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və onun xanımının dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə 2026-cı il noyabrın 19-dan 21-dək Vyetnamda rəsmi səfərdə olacaq.