“Kiyev münaqişəni başa çatdırmaq istəyirsə, ABŞ-ın Ankoric görüşündən əvvəl təklif etdiyi kompromislərlə razılaşmalıdır”.
Putin bu barədə açıqlamasında bildirib.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətinin qalan 10 faiz ərazisini bir müddət də nəzarətdə saxlamaq istəyini mənasız adlandırıb:
“Ukrayna nə deyir? Qalan 10 faiz Donetsk ərazisini bir müddət də saxlayacağıq. Amma müəyyən müddət saxlasa da, sonradan yenə bunu bacarmayacaq. Hər vəchlə həmin 10 faizi saxlamağın mənası varmı? Məncə, bu, sadə, lakin tamamilə qanuni sualdır. Bununla belə, biz həmin insanlarla da dialoqa hazırıq”.
Kreml rəhbəri həmçinin Avropa ölkələrinin təhlükəsizlik məsələlərinə dair mövqeyini öyrənmək üçün onları Moskvaya dəvət etdiklərini bildirib.
Putin qeyd edib ki, Ukraynanın təhlükəsizliyi Avropanın ümumi təhlükəsizlik sisteminə daxil edilməlidir. O, Avropanın iştirakı olmadan qitənin təhlükəsizliyini müzakirə etməyi qəribə hesab etdiyini vurğulayıb.