Xankəndi şəhər stadionunda ilk çempionat qolu vurulub.
I Liqanın VIII turunda keçirilən “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşmasında hesab 67-ci dəqiqədə açılıb.
Qonaq komandanın hücumçusu İbrahim Əliyev fərqlənərək “Karvan-Yevlax”ı hesabda önə keçirib.
Qeyd edək ki, bu, əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol matçıdır.
***
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol oyunu keçirilir.
I Liqanın VIII turu çərçivəsində “Xankəndi” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edir.
Qarşılaşmadan əvvəl rəmzi ilk topa toxunuş mərasimi təşkil olunub. Bu şərəf 44 günlük Vətən müharibəsində şəhid olmuş Fikrət Məmmədovun oğlu İbrahimə həvalə edilib. O, meydana xüsusi dəvət olunmuş veteran futbolçular Samir Ələkbərov, Emin Salmanov və Münis Abdullayevin müşayiəti ilə çıxıb.
Xatırladaq ki, Xankəndi şəhər stadionu əsaslı yenidənqurmadan sonra noyabrın 7-də istifadəyə verilib.
“Xankəndi” klubu yenilənmiş stadionda ilk ev oyununa çıxır.
Bu gün Azərbaycan I Liqasının VIII turunda “Xankəndi” klubu “Karvan-Yevlax”la qarşılaşacaq.
Saat 16:00-da başlayacaq görüş əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk futbol matçı olacaq. Qarşılaşmadan əvvəl azarkeşlər üçün konsert proqramı təşkil ediləcək.
Qeyd edək ki, Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Azərbaycan I Liqası
19 noyabr
VIII tur
16:00. “Xankəndi” – “Karvan-Yevlax”.