Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Prezidenti Donald Tramp onu yenidən “Böyük İyirmilik” (G20) sammitinə dəvət edib.
Bu barədə TASS onun Rusiyalı dövlət başçısının sözlərinə istinadən məlumat yayıb.
“Dəvətə görə minnətdaram. İlk növbədə ölkədə baş verənləri nəzərə almalıyam. Xarici ölkələrə tez-tez səfər etmək mənim üçün o qədər də rahat deyil”, – deyə Rusiya lideri vurğulayıb.
Putin ABŞ-də keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərarın hələ verilmədiyini bildirib. Bununla belə, o, Rusiyanın sammitdə layiqincə təmsil olunacağını qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin G20 sammitində iştirakına dair qərarın sammitin başlanmasına nə qədər qalmış verilməli olduğu barədə suala zarafatla cavab verib.