Məşhur aktyor faciəvi şəkildə öldü

Amerikalı aktyor Larri Poyndekster 66 yaşında vəfat edib.

Bu barədə “Deadline” nəşri məlumat yayıb.

Məlumata görə, aktyor noyabrın 13-də Los-Ancelesdə avtomobil qəzasına düşüb. Küçəni keçərkən avtomobilin vurduğu Poyndekster xəstəxanaya yerləşdirilib. O, qabırğalarının sınması səbəbindən əməliyyata hazırlaşsa da, noyabrın 18-də səhər saatlarında dünyasını dəyişib. Ölümün dəqiq səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 1960-cı ildə anadan olan aktyor 40 ildən artıq karyerası ərzində 200-ə yaxın film və televiziya layihəsində rol alıb.