Ermənistan 2029-cu ilədək Avropa ilə viza məsələsin sadələşdirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə viza rejiminin 2029-cu ildə liberallaşdırılmasını daha real hesab etdiyini bildirib.

Paşinyan bu hədəfə çatmaq üçün biometrik pasport sisteminin tətbiqini mühüm addım adlandırıb.

“Biz 2029-cu ilədək Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasına nail olmağı qarşımıza məqsəd qoymuşuq. Mənə elə gəlir ki, bunun 2029-cu ildə baş tutması daha real görünür. Bu baxımdan biometrik pasport sisteminin tətbiqi çox mühüm addımdır”, – Paşinyan deyib.