İspaniyanın “Real Madrid” klubu fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni ilə müqavilənin müddətini uzadıb.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə yeni müqavilə 2032-ci il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, Tçuameni 2022-ci ilin yayından “Real Madrid”də çıxış edir. O, bu müddət ərzində 205 oyunda iştirak edib və 8 titul qazanıb. Fransalı yarımmüdafiəçi Çempionlar Liqası, İspaniya çempionatı, ölkə kuboku və iki dəfə klublararası dünya çempionatının qalibi olub.
Tçuameni cari mövsüm bütün turnirlərdə 10 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.