Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub

Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunan Məleykə Abbaszadə kollektivə təqdim edilib.

"Report"a istinadən, yeni rektoru kollektivə elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

Qeyd edək ki, bu gun Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin edilib.