Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) rəsmi saytında təşkilatın yeni prezidenti vəzifəsinə üç namizədin adını açıqlayıb.
Seçkidə Filip Diallo, Kozo Taşima və hazırkı FİFA prezidenti Canni İnfantino mübarizə aparacaqlar.
Filip Diallo Fransa Futbol Federasiyasının prezidentidir. Kozo Taşima əvvəllər Yaponiya Futbol Assosiasiyasına rəhbərlik edib. Canni İnfantino bu vəzifəni 2016-cı ildən tutur. FİFA-da prezident seçkiləri təşkilatın 18 mart 2027-ci ildə Mərakeşin Rabat şəhərində keçiriləcək 77-ci Konqresində keçiriləcək.
FİFA-nın üzv assosiasiyaların fəaliyyətini tənzimləyən qaydalarına uyğun olaraq, namizədliklər baxılması və uyğunluqları barədə qərar qəbul edilməsi üçün Seçki Komissiyasına təqdim edilib. FİFA Nizamnaməsində və seçki təqvimində nəzərdə tutulduğu kimi, üzv assosiasiyalara təklif olunan və uyğun namizədlərin adları 18 fevral 2027-ci il tarixinədək bildiriləcək.