Avropa Klubları İttifaqı (UEC) Avropa Klubları Birliyi (EFC) və UEFA arasında imzalanmış anlaşma memorandumuna etiraz olaraq Avropa Komissiyasına rəsmi şikayət ərizəsi təqdim edib.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Saziş 2033-cü ilin iyul ayına qədər qüvvədədir və EFC-ni Avropa klublarını təmsil edən “yeganə orqan” kimi tanıyır. Üç il əvvəl təsis edilmiş və 25 milli assosiasiyadan 138 klubu birləşdirən UEC hesab edir ki, aparıcı klublar qrupu digərlərinin taleyinə, o cümlədən Çempionlar Liqasına və Avropa Liqasına vəsiqə qazanmaq şanslarına həddindən artıq təsir göstərir.
Şikayətdə bildirilir ki, Anlaşma Memorandumunun rəqabət əleyhinə müqavilələri və dominant mövqedən sui-istifadəni qadağan edən Aİ Müqaviləsinin 101 və 102-ci maddələrini pozur.
Mövcud qaydalara əsasən, heç bir klub AFC və UEFA-nın icazəsi olmadan başqa bir sərhədyanı assosiasiyaya qoşula bilməz. Bundan əlavə, sənəddə qeyd edildiyi kimi, 59 UEC üzvü təzyiq qorxusu səbəbindən üzvlüklərinin ictimaiyyətə açıqlanmamasını xahiş edib.