"Liatris Holdinq"in rəhbəri Ruhiyyə Əliyevanın aparıcısı olduğu “Nəsillərin divanı” verilişinin növbəti buraxılışı yayımlanıb.
Verilişin bu dəfəki qonağı Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov olub.
Uşaqlığından, gəncliyindən, sənətə gəlişindən bu günədək maraqlı, zəngin həyat yolundan danışan rəssam yaradıcılığına verilən yüksək dəyərdən, "İstiqlal" ordeninə layiq görülməsindən də söz açıb: "Bu, bir insan kimi mənim üçün çox vacib idi. Bizim cənab Prezidentlə çox səmimi görüşümüz oldu. Çox söhbətlərimiz oldu. Mən cənab Prezidentə çox minnətdaram ki, onu mənə bağışladı. Həmin günü Mehriban xanım da məni təbrik elədi, daha sonra sərgidə görüşdük. Mən onlara səmimi qəlbdən cansağlığı arzu edirəm. Onların gözəl balaları var. Onlara da cansağlığı arzulayıram. Ümumiyyətlə, çox vaxt deyirlər ki, ata çox böyük insan olanda oğul sonra istirahət eləməlidir. Amma burda istirahət yoxdur. İrəli getmək var. Əlbəttə, biz inanırdıq ki, Qarabağ azad olacaq. Amma nə zaman azad olacaq, bilmirdik. Mən şəxsən fikirləşirdim ki, görəsən mən o günləri görə biləcəyəm, ya yox?! Amma bilirdim olacaq, inanırdım ona. Biz o günü də gördük, ondan artığını da gördük. Heç kimin ağlına gəlməyən şeyləri gördük".
Tanınmış rəssam daha sonra atası Qurban Xəlilovdan, onun anası ilə tanışlığından, musiqiyə marağından, rəssamlığa gəlişindən və təhsil həyatından danışıb.
Daha ətraflı videomaterialda: