V. Zelensk:"Ukraynanın iştirak etmədiyi toplantıda ölkəm haqqında danışmaq səhvdir"

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin iştirakı olmadan Ukrayna ilə bağlı müzakirələrin aparılmasının yanlış olduğunu bildirib. "NBC News" telekanalına müsahibə verən Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi, eləcə də Çin lideri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Çinin Şençjen şəhərində keçirilən görüşü qiymətətləndirib.

Zelenski müharibəyə son qoymaq üçün atılacaq addımların mütləq rəsmi Kiyevin də iştirak etdiyi formatda müzakirə olunmalı olduğunu vurğulayıb.

Ölkəsinin bu cür görüşlərdən kənarda saxlanılmasını tənqid edən Volodimir Zelenski deyib: "Böyük dövlətlər həmişə bütün dünyanın gələcəyinə təkbaşına qərar verə biləcəklərini düşünürlər. Bu, tamamilə yanlış yanaşmadır. Hətta kiçik bir ölkə haqqında belə onun iştirakı olmadan qərar qəbul etmək olmaz".

ABŞ və Çinin müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərməsinin kifayət edəcəyini qeyd edən Zelenski deyib: "Əgər onlar həqiqətən müharibəyə son qoymaq istəyirlərsə, bunu edə bilərlər".