Putin-Cinpin-Tramp görüşünün yekun bəyannaməsində Ukrayna və İrana yer verilməyib

Şençjendə keçirilən üçtərəfli sammitin yekununda qəbul edilən Rusiya, Çin və ABŞ dövlət başçılarının sülh bəyannaməsində Ukrayna məsələsinə toxunulmayıb.

Sənəddə İran da daxil olmaqla, digər münaqişələrdən də birbaşa bəhs edilmir.

Bəyannamədə qeyd olunur ki, Vladimir Putin, Si Cinpin və Donald Tramp mövcud beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bildiriblər”.

Bəyannamə dörd bənddən ibarətdir:

Birinci bənd BMT-də islahatlara həsr olunub.

İkinci bənd enerji təchizatında sabitliyə aiddir.

Üçüncü bənd rəsmi şəxslərin toxunulmazlığı məsələsini əhatə edir.

Dördüncü bənd nüvə risklərinin azaldılmasına həsr olunub.