Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycanın U-14 basketbol komandası noyabrın 19-dan 22-dək Serbiyada təlim-məşq toplanışında olacaq.Bu barədə AZƏRTAC-a kişi basketbolçulardan ibarət milli komandaların meneceri Fərid Əmirov məlumat verib.O bildirib ki, toplanış çərçivəsində yığma Serbiyanın üç yerli klubu ilə yoxlama oyunları keçirəcək. İlk qarşılaşma bu gün "Partizan"la olacaq. U-14 komandası sabah isə "Srvena Zvezda" ilə üz-üzə gələcək.Qeyd edək ki, üçüncü rəqibin adına yaxın zamanda aydınlıq gələcək. Müxbir-Mikayıl Məmmədov