Xankəndi şəhər stadionunda tarixi gün: “Xankəndi” ilk ev oyununa çıxır

“Xankəndi” klubu yenilənmiş stadionda ilk ev oyununa çıxır.

Bu gün Azərbaycan I Liqasının VIII turunda “Xankəndi” klubu “Karvan-Yevlax”la qarşılaşacaq.

Saat 16:00-da başlayacaq görüş əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk futbol matçı olacaq. Qarşılaşmadan əvvəl azarkeşlər üçün konsert proqramı təşkil ediləcək.

Qeyd edək ki, Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.