Kreml jurnalistinin sualı Lavrovu özündən çıxartdı – Video

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli danışıqların nəticələrini şərh etməkdən imtina edib.

Görüşdə iştirak edən Lavrova danışıqların uğurlu olub-olmadığını Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VGTRK) müxbiri Pavel Zarubin soruşub.

Jurnalistin danışıqların nəticələrini qiymətləndirmək xahişinə Lavrov sualla cavab verib:

“Prezident danışıqlar aparıb, sizcə, necə düşünürsünüz? Prezident danışıqlar aparıb, niyə onların uğurlu olub-olmadığını soruşursunuz?”

Bu cavabdan sonra nazir jurnalistlə söhbəti davam etdirməyib və üç ölkə liderinin müzakirələrinin məzmunu barədə əlavə məlumat verməyib.

X paylaşımıThe trilateral summit between Trump, Xi and Putin in Shenzhen ended without press statements from any of the three leaders. The meeting reportedly lasted around 90 minutes. Asked whether the negotiations had succeeded, Russian Foreign Minister Lavrov, slightly agitated, declined to give a direct answer. #Ukrainex.com/NOELreports/status/2123365030682919067