SOCAR-ın törəmə şirkətinin kapitalı 18.85 milyon manata çatdırılıb

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR BTBK” MMC-nin nizamnamə kapitalı daha 4.74 milyon manat və ya 33.6% artırılaraq 18.85 milyon manata çatdırılıb.

Şirkətin kapitalı əvvəlki 14.11 milyon manatdan 18.85 milyon manata yüksəlib.

“SOCAR BTBK”nin kapitalı bundan əvvəl də əhəmiyyətli dərəcədə artırılmışdı. Belə ki, ilkin olaraq 1 000 manat kapitalla təsis edilən şirkətin sərmayəsi 14.11 milyon manata çatdırılmışdı. Son dəyişikliklə birlikdə şirkətin nizamnamə kapitalı təsis edildiyi dövrlə müqayisədə 18 851 dəfə böyüyüb.

2025-ci ilin mayında yaradılmış “SOCAR BTBK”nin direktoru Fərhad İbadov İbad oğludur. Fərhad İbadov daha əvvəl SOCAR-ın Geologiya və geofizika şöbəsinin rəisi vəzifəsində çalışıb. O, bu vəzifədə neft-qaz layihələri üzrə geoloji risklərin qiymətləndirilməsi və geofiziki tədqiqatlarla bağlı məsələlərdə iştirak edib.