Tanınmış aktrisa Sonaxanım Əliyevanın “Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışmışam. Mənə dedilər ki, ya ərizəni yaz çıx, ya da “statya” ilə çıxaracağıq. 6 ildir ki, işsizəm, teatra müraciət edirəm, deyirlər yer yoxdur” açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələyə sözügedən teatrdan da mövqe öyrəndik.
Teatrın mətbuat katibi Samirə Əşrəfin Yenicag.az-a açıqlaması belə olub:
“Sonaxanım Əliyeva 2006-cı ilin noyabr ayında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına aktrisa kimi işə qəbul olunub. 2010-cu ilin sentyabrında isə teatrdakı işindən öz ərizəsi ilə ayrılıb. İşlə bağlı isə sonrakı dövrlərdə teatra rəsmi müraciəti olmayıb”.
Qeyd edək ki, aktrisa Sonaxanım Əliyeva bu açıqlamanı Space Televiziyasında aparıcı İsa Şükürovun təqdimatında yayımlanan “Sevilən səhər” verilişində verib.