bp: AÇG-də iİln sonuna qədər hasilatın azalması tempinin daha da aşağı düşməsi mümkündür

Azərbaycanda BP və SOCAR-ın birgə əməliyyatları çərçivəsində neft hasilatının azalması tempi əhəmiyyətli dərəcədə aşağı salınıb.

"APA-Economics" xəbər verir ki, bu barədə bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə hasilatın azalma tempi 12% təşkil etdiyi halda, hazırda bu göstərici təxminən 3% səviyyəsindədir.

Bəxtiyar Aslanbəyli qeyd edib ki, ilin sonuna qədər hasilatın azalması tempinin daha da aşağı düşməsi mümkündür.

O bildirib ki, bu nəticəyə SOCAR və BP tərəfindən texniki innovasiyaların, yeni texnologiyaların və rəqəmsal həllərin tətbiqi, eləcə də əməliyyatların optimallaşdırılması hesabına nail olunub.

Vitse-prezidentin sözlərinə görə, geonaviqasiya, çoxquyulu və üfüqi qazma texnoэlogiyaları, süni intellekt və rəqəmsal innovasiyalar əməliyyatların daha sürətli və effektiv həyata keçirilməsinə imkan verib.

Bəxtiyar Aslanbəyli vurğulayıb ki, bu nəticələr əlavə büdcə və əməliyyat xərcləri (OPEX) artırılmadan əldə olunub. Belə ki, büdcə təxminən eyni səviyyədə qaldığı halda, görülən işlərin həcmi əhəmiyyətli dərəcədə artıb.