Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir

Böyük dövlətlər arasında razılaşma dünyaya sülh, qarşıdurma isə xaos gətirir. Bunu Çin Prezidenti Si Cinpin Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşdə bildirib.

“Böyük dövlətlər harmoniya şəraitində yaşadıqda dünyada sülh hökm sürür, qarşıdurmaya getdikdə isə dünya xaosa qərq olur. Hazırda dünyada əsrlik miqyasda dəyişikliklər sürətlənir və planetdə sülh yoxdur. Məhz çətin dövrlərdə məsuliyyət özünü göstərir. Üç ölkəmiz nümunə olmalı, dünyada sülh və sabitliyi birgə qorumalı, bəşəriyyətin tərəqqisinə daha böyük töhfə verməlidir”, – Si Cinpin deyib.