Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından görüntülər paylaşıb

Alyona Əliyeva özünün "Instagram" səhifəsində Bakı Xoreoqrafiya Akademiyasından görüntülər paylaşıb. paylaşımda qeyd edilib: "Bakı Xoreoqrafiya Akademiyasında istedadlı və gözəl balalarımızla keçirdiyimiz unudulmaz gündən xoş anlar. Hər bir uşaq öz istedadı, zəhməti və səhnə enerjisi ilə qəlbimizi fəth etdi".