Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynanın liman infrastrukturu və enerji obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Nazirliyin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Odessa vilayətindəki limanların və logistika mərkəzlərinin fəaliyyətini təmin edən iki transformator yarımstansiyası sıradan çıxarılıb. Çornomorsk limanında yanacaq məhsullarının saxlanıldığı infrastruktur obyektləri və hərbi yük daşıyan bir gəmi vurulub.
Açıqlamada həmçinin Sumı vilayətindəki transformator yarımstansiyasının da hədəf alındığı qeyd edilib.
Rusiya tərəfi gecə ərzində hava hücumundan müdafiə sistemləri vasitəsilə Ukraynaya məxsus 53 PUA-nın məhv edildiyini də bildirib.