Tramp, Si Cinpin və Putinin üçtərəfli görüşü başlayıb

ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında tarixi üçtərəfli danışıqlar başlayıb.

CNN-ə istinadən, dünyanın nüvə silahına malik üç aparıcı dövlətinin liderləri ilk dəfə bu formatda bir araya gəliblər.

Qeyd edək ki, Tramp üçtərəfli danışıqlardan əvvəl Si Cinpin və Vladimir Putinlə ayrı-ayrılıqda görüşüb. O, Çin lideri ilə münasibətlərini yüksək qiymətləndirərək, iki ölkə arasındakı əlaqələrin xalqların maraqlarına xidmət etdiyini bildirib. Putinlə münasibətindən danışarkən isə onu dostu adlandırıb.

Instagram paylaşımıinstagram.com/reel/Df6q8TaKGij/