Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycanın zəngin tarixini, mədəniyyətini və milli irsini beynəlxalq oxuculara tanıdan “İRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü görüb.AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlının “Əsrin müqaviləsi: müasir Azərbaycanın başlanğıc nöqtəsi” sərlövhəli giriş yazısında Azərbaycanın müstəqillik dövründə iqtisadi inkişafının və beynəlxalq mövqeyinin möhkəmlənməsində “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti vurğulanır. Müəllif, həmçinin Muğan qurultayının 290 illiyinə toxunur, Nadir şah Əfşarın Azərbaycan və region tarixindəki rolunu, eləcə də milli jurnalistikanın formalaşmasının mürəkkəb mərhələlərini diqqətə çatdırır.Jurnalın yeni nömrəsində enerji siyasəti və geoiqtisadi mövqe, tarixi şəxsiyyətlər, milli mətbuatın keçmişi, arxeoloji irs, təsviri sənət və Bakının memarlıq-mədəni mühiti ilə bağlı məqalələr yer alıb.Beynəlxalq Avrasiya Mətbuat Fondunun ABŞ üzrə regional nümayəndəsi Peter Marko Tase “Azərbaycanın enerji və Avrasiya geoiqtisadiyyatında əsas qlobal aktor kimi rolu” məqaləsində ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini, Avropanın enerji təhlükəsizliyinə töhfəsini, Cənub Qaz Dəhlizinin əhəmiyyətini və yaşıl enerji sahəsində həyata keçirilən təşəbbüsləri təhlil edir.Tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova “XVIII əsr Azərbaycan hərbi-siyasi ənənəsinin fenomeni kimi Nadir şah Əfşar” məqaləsində görkəmli tarixi şəxsiyyətin dövlətçilik fəaliyyətinə, hərbi və diplomatik strategiyasına, eləcə də dövrün siyasi proseslərinə nəzər salır.Tarix üzrə humanitar elmlər doktoru Məleykə Hüseyn “Azərbaycan jurnalistikasının ilk dövrünün çətinlikləri” adlı yazısında milli mətbuatın təşəkkül mərhələsini, çar senzurasının yaratdığı maneələri, Həsən bəy Zərdabinin və “Əkinçi” qəzetinin maarifçilik fəaliyyətini araşdırır.Tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova “Şahtaxtıdan qızıl bəzək əşyası (Orta tunc dövrü)” məqaləsində Naxçıvan ərazisində aşkar edilmiş, günəş və zoomorf motivlərlə bəzədilmiş qızıl nümunəni təqdim edir, onun arxeoloji və mədəni əhəmiyyətini şərh edir.Tarix üzrə fəlsəfə doktoru Mahfuza Zeynalova “Mollaisaklı: torpağın yaddaşı qoruduğu məkan” məqaləsində İsmayıllı rayonundakı qədim yaşayış məskəninin arxeoloji izlərindən, burada aşkarlanmış yaşayış yeri qalıqlarından, saxsı nümunələrdən, tunc bəzəklərdən və terrakota tapıntılarından bəhs edir.Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülara Salayeva “Azərbaycanda qobelen sənəti: ənənədən müasirliyə səyahət” yazısında bu sənət növünün xalçaçılıq ənənələri ilə əlaqəsini, 1960-cı illərdən etibarən formalaşmasını və inkişaf mərhələlərini izləyir.Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrənə Qacar “Rəssam, vətəndaş, vətənpərvər” məqaləsini görkəmli Azərbaycan rəssamı Elmira Şahtaxtinskayanın yaradıcılığına həsr edib. Yazıda sənətkarın milli-mədəni kimliyin ifadəsindəki rolu və Azərbaycan təsviri sənətinə verdiyi töhfələr diqqətə çatdırılır.Faiq Nəsibov “Mirvari” kafesi – Bakı bulvarının incisi” məqaləsində dənizkənarı bulvarın tanınmış memarlıq məkanlarından biri olan “Mirvari” kafesinin yaranma tarixindən, memarlıq xüsusiyyətlərindən və paytaxtın şəhər mühitindəki yerindən bəhs edir.Qeyd edək ki, “İRS-Heritage” jurnalının bu nömrəsi Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmaları Mərkəzinin dəstəyi ilə hazırlanıb. Jurnal Azərbaycanın tarixi, mədəniyyəti və milli irsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.
Bu gün
2018 xəbər bu gün
Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnam xalqlarını, dövlətlərini birləşdirən möhkəm körpü rolunu oynayır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 18-də parlamentdə səsləndirdiyi fikirlər və verdiyi açıqlamalar İrəvan-Bakı münasibətlərində növbəti mərhələyə keçidə işarə edir. Bu fikirlər sübut edir ki, Ermənistan…
Dubayda keçirilən "TECHNOVATION Dubai" tədbiri müasir dövrün ən aktual mövzularından birini – elm, innovasiya və insan amilinin kəsişmə nöqtəsini gündəmə gətirib. "Report"un Dubaya ezam olunmuş əməkdaşı xəbər verir ki…
İspaniyanın "Real" klubu futbolçusu Endriklə yollarını ayırmağa hazırdır. "ESPN Brasil"ə istinadən, Madrid təmsilçisinin rəhbərliyi 20 yaşlı hücumçu üçün 60-70 milyon avro civarında təklifləri nəzərdən keçirməyi…
Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar…
Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnam xalqlarını, dövlətlərini birləşdirən möhkəm körpü rolunu oynayır. Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki…
Azərbaycan ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır. Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. Dövlət başçısı billdirib ki, ölkələr arasında ikitərəfli dialoq ilə…
Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət…
“Caspian Engineering Group”un baş direktoruna yeni müavin təyin olunub. İbrahim İsmayılov “Caspian Engineering Group” şirkətində baş direktorun müavini – əməliyyatlar üzrə direktor vəzifəsinə təyin olunub. O, bundan…
"Ukraynada 2014-cü ildə baş vermiş dövlət çevrilişinin arxasında birbaşa ABŞ dayanıb. Dövlət Departamenti, eləcə də digər rəsmi qurumların iştirakı olmadan bu prosesin reallaşması mümkün deyildi". "The New York Times"…
1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib. Bu vəzifənin icrası Tural Əlizadəyə tapşırılıb. O, bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarının idarə edilməsi…
Bakı, 19 noyabr, AZƏRTACBeynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) hakimlərin və futbolçuların danışılmış oyunların təşkili cəhdləri və futbol yarışlarının dürüstlüyünə xələl gətirən digər pozuntular barədə…
Bakı, 19 noyabr, AZƏRTAC Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev…
Bakı, 19 noyabr, AZƏRTAC Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vyetnam…
Bakı, 19 noyabr, AZƏRTAC Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. AZƏRTAC xəbər verir ki, bu fikir Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə…
Bakı, 19 noyabr, AZƏRTAC Əlilliyi olan şəxslər arasında idmanın inkişafı onların həyatın bütün sahələrinə tamhüquqlu inteqrasiyası və inklüzivliyin təmin olunması üçün ən yaxşı və əlverişli yollardan biridir.AZƏRTAC…
Bakı, 19 noyabr, AZƏRTAC Badminton çox gözəl idman növüdür. Bu idmanla məşğul olmaq üçün bir raketka və meydança kifayətdir. Ona görə də hər kəs badminton oynaya bilər.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan…
Strateji muxtariyyətə nail olmaq üçün həm daxili, həm də beynəlxalq səviyyədə daha çox tərəfdaş və alternativ seçimlər olmalıdır. Güclü daxili kibertəhlükəsizlik əməkdaşlığı beynəlxalq…
Qalib lotereyadan PlayStation 5 udmağı arzulasa da, ona daha böyük hədiyyə avtomobil qismət olub. Bundan əlavə, lotereyadan 250 manatlıq bonus qazanan Emil bəy sevincini ilk ailə üvzləri ilə bölüşüb. Kampaniya…
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib.Redaksiya müsahibəni təqdim edir.
Mədəniyyət Nazirliyinin tabeliyindəki incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakant yer seçimi mərhələsinə start verilib. Seçim 19-23 noyabr 2026-cı il tarixlərində baş tutacaq. Belə ki, seçim…
Xəbər verdiyimiz kimi, Vəkil Orxan Rüstəm oğlu Kəngərli polis tərəfindən saxlanılıb. Musavat.com-a istinadən, Orxan Kəngərlinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu bildirilir. Vəkilin…
Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yolları məsələsinin Rusiya Prezidenti Vladimir Putinin Moskvaya səfəri zamanı müzakirə ediləcəyini bildirib. Bu barədə erməni KİV-ləri yazıb. Paşinyan qeyd edib ki, Rusiya…
Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bu sözləri…
Prezident İlham Əliyev bu gün Vyetnama səfər edəcək. Modern.az-ın xəbərinə görə, səfər çərçivəsində dövlət başçılarının ikitərəfli görüşü, müxtəlif sahələri əhatə edən yeni sənədlərin imzalanması və Birgə Bəyanatın qəbul…
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana səfər edəcəyini açıqlayıb. O qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə…
Hər bir dövlətin siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti sonrakı inkişaf proseslərinə də həlledici təsir göstərir. Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması məhz belə tarixi hadisələrdəndir…
Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət…
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. Müsahibəni təqdim edirik: - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq…
ABŞ-də günlərdir davam edən ardıcıl texniki nasazlıqlar ölkənin ən kritik infrastruktur sahələrini iflic edərək genişmiqyaslı böhrana çevrilib.
Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bu sözləri…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib.Oxu24.com müsahibəni təqdim edir.- Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması…
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Bu barədə Rusiya Federasiya Şurası məlumat yayıb.Bildirilib ki MDB Parlamentlərarası…
Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnam xalqlarını, dövlətlərini birləşdirən möhkəm körpü rolunu oynayır. Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki…
Fransa rəsmiləri Azərbaycanla bağlı növbəti dəfə tənqidi açıqlamalarla çıxış ediblər. Belə ki, Fransanın xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli naziri Nikola Forissier 10 noyabrda Senatda…