"Biz hələ də Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik. Həmçinin keçmiş təmas xətti boyunca 440 kilometrdən çox uzunluqda və 2 kilometr dərinlikdə 2020–2023-cü illərdə basdırılmış minaların xəritələrini gözləyirik".
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" hesabında yazıb.
O, Azərbaycanın itkin düşmüş şəxslərinə həsr olunmuş kitabını ona təqdim etdiyi üçün məşhur fotoqraf Reza Deqatiyə təşəkkürünü çatdırıb:
"Onun obyektivi vasitəsilə onilliklərdir gözləyən minlərlə ailənin ağrısı dünyaya görünür. Minalarla yanaşı, itkin düşmüş şəxslər müharibənin ən ağır humanitar nəticələrindən biridir. Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır. Ərazilərimiz azad edildikdən bəri 32 kütləvi məzarlıq aşkarlanıb, qalıqların çıxarılması və eyniləşdirilməsi işləri davam edir.
Həmin minalar mülki şəxslərin həlak olmasına və yaralanmasına, eləcə də keçmiş məcburi köçkünlərin geri qayıdışına mane olmağa davam edir. Bu, sırf humanitar məsələdir. Həmin məlumatların paylaşılması mühüm etimad quruculuğu addımı, keçid ədalətinin elementi və regionumuzda davamlı sülhə real töhfə olardı. Ailələr öz yaxınlarının taleyini bilməyə layiqdirlər".
X paylaşımıx.com/i/status/2123321063136272429