Azərbaycanda bu ilin 10 ayında sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb

Azərbaycanda cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol qəzası qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilmişdir. Bildirilib ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.