Çin və ABŞ arasında ikitərəfli münasibətlər sabitdir və yaxşılaşmağa davam edir.
"Reuters" agentliyinə istinadən, bunu Çin Sədri Si Cinpin Şençjendə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətləri doğru kursa yönəltmək üçün Trampla əməkdaşlığa əvvəlki kimi sadiqdir.
"Biz konstruktiv Çin-ABŞ münasibətlərinin yeni tərifini işləyib hazırlamışıq, onlara hörmət, ədalət və qarşılıqlılığa əsaslanan yeni məzmun vermişik", - Si Cinpin bildirib.