İsrail əsgərləri fələstinliləri qandallı şəkildə evlərindən çıxarırlar

İsrail ordusu İordan çayının qərb sahilindəki Ramallah şəhəri və ətrafında yaşayış məhəllələrinə basqın edərək fələstinliləri saxlayıb

İsrail işğal qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah şəhəri və ətrafında qapı-qapı gəzərək genişmiqyaslı reydlər keçirib. Yaşayış məhəllələrinə zorla daxil olaraq fələstinliləri evlərindən əlləri qandallı şəkildə aparıblar.