Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamına əsasən, o, Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, Məleykə Abbaszadə 2000–2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, 2016–2024-cü illərdə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri, 2024-2026-cı illərdə isə DİM-in İdarə Heyətinin sədri vəzifələrini icra edib.