“Xankəndi” doğma arenada ilk oyununa çıxır

Bu gün Azərbaycan I Liqasında VIII tura start veriləcək.

Turun ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

MOİK “Səbail”i, “Mingəçevir” isə “Baku Sportinq”i qəbul edəcək.

Günün əsas oyunu Xankəndidə baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi ilk dəfə bu arenada meydana çıxacaq. Komandanın rəqibi “Karvan-Yevlax” olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 7-də Xankəndi stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan I Liqası

VIII tur

19 noyabr

14:00 MOİK – "Səbail"

14:30 "Mingəçevir" – "Baku Sportinq"

16:00 "Xankəndi" – "Karvan-Yevlax"