Bakıda universitet müəlliminin meyiti tapıldı - FOTO

Bakı Dövlət Universitetinin (BDU) müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nəriman Qocatürkün meyiti tapılıb.

Ölkə.az-ın əldə etdiyi xəbər görə, 59 yaşlı müəllimin meyiti paytaxtın Yasamal rayonu ərazisində yaşadığı evdə aşkarlanıb.

Mərhum Yasamal qəbiristanlığında - oğlunun məzarı yanında dəfn olunacaq.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nərman Salman oğlu Süleymanov (Qocatürk) 1967-ci ildə İsmayıllı rayonunun

Quşencə kəndində anadan olub.

Son günlər onun adı tələbələrlə bağlı qalmaqallı məsələdə hallanırdı. Keçmiş tələbələr ona qarşı iddialarla çıxış edirdilər.