Tramp Si Cinpinin çıxışı zamanı mürgülədi - GÖRÜNTÜLƏR

ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitinin plenar iclasında mürgülədiyini əks etdirən görüntülər yayılıb.

Hadisə noyabrın 19-da səhər saatlarında Çinin Şençjen şəhərində keçirilən iclas zamanı baş verib.

Yayılan kadrlarda Trampın Çin Prezidenti Si Cinpinin çıxışı zamanı mikrofon və sənədlərin qarşısında oturduğu, başını bir qədər aşağı əydiyi və gözlərini yumduğu görünür.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.