Azərbaycanda zəlzələ oldu

Hacıqabulda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.