Azərbaycanda zəlzələ oldu

Hacıqabulda 3.2 maqnitudalı zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.