Türkan Şorayın kürəkəni ilə görüşməyi gündəm oldu

Türk kinosunun sultanı Türkan Şoray yeni görüntüləri ilə diqqət çəkib.

O qızı Yağmur Ünalın prodüseri olduğu "Artakalan" filminin qalasına qatılıb.

Gecədə Yağmur Ünalın yanında olan simalardan biri də onun sevgilisi, qastronomiya sahəsində tanınan şef-aşpaz Eren Kesimer də olub.

Türkan Şorayın kürəkəni Kesimerlə görüşməsi qalanın ən diqqətçəkən məqamlarından biri olub.

Onun qaynanasının yanında bir qədər utancaq və həyəcanlı görünməsi jurnalistlərin və qonaqların diqqətindən yayınmayıb.

Məlumata görə, Türkan Şoray qızının sevgilisini sosial şəbəkə hesabından da yaxından izləyir.

Gecədə Yağmur Ünalın da anasına bənzər gözəlliyi xeyli müzakirələrə səbəb olub.