Nazir: İşsizlikdən sığorta ödənişinin əlçatanlığı artırılıb

Azərbaycanda işsiz şəxslərin sosial müdafiəsi məqsədi ilə ödənilən işsizlikdən sığorta ödənişinin əlçatanlığı artırılıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "İmkanlar və İnam": Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışında deyib.

O bildirib ki, növbəti ildə bu ödənişlə əhatə olunanların sayı son illərlə müqayisədə 4 dəfədən çox artaraq 16 min nəfər təşkil edəcək.

"Bu məqsədlə ayrılan vəsaitin məbləği isə 10 dəfədən çox artaraq 36 milyon manat təşkil edəcək", - nazir vurğulayıb.