“İtkin düşmüş şəxslərin taleyinə ancaq Azərbaycan və Ermənistan arasında əməkdaşlıqla aydınlıq gətirmək olar”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu problemin həllinin ən effektiv yolu Ermənistan-Azərbaycan əməkdaşlığıdır. (Azərbaycan Prezidenti İlham Əliyevlə) Dublində keçirilən müzakirələr zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığın daha institutsional xarakter alması ilə bağlı məsələləri daha konkret və ətraflı müzakirə etdik”, - o bildirib.