Alen Simonyan dekabrda Azərbaycana gələcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər edəcəyini açıqlayıb.

Ermənistan mediasının yaydığı məlumata görə, Simonyan jurnalistlərə açıqlamasında səfərin Bakı şəhərinə nəzərdə tutulmadığını xüsusi vurğulayıb:

"Gələn ay Azərbaycana səfərim planlaşdırılır — dərhal deyim ki, Bakı şəhərinə yox. Çünki Hikmət Hacıyev Ermənistana gəlmişdi, indi qarşılıqlı səfərlə mən getməliyəm. Texniki məsələləri, əməkdaşlıq mövzularını — mümkün olan bütün məsələləri müzakirə edirik", – deyə o bildirib.

Simonyan həmçinin əlavə edib ki, noyabrın sonunda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri də Ermənistana səfər edəcəklər.