ABŞ və Çin liderlərinin APEC sammiti çərçivəsindəki görüşü başa çatıb, o, iki saat davam edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tramp hesab edir ki, Si Cinpinlə görüş məhsuldar olub.
BBC-nin məlumatına görə, ABŞ Prezidenti qeyd edib ki, potensial əməkdaşlıq üçün çoxsaylı sahələr mövcuddur.
ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində ikitərəfli görüş keçirirlər.
Bu barədə Çin dövlət mediasına istinadən "The Guardian" məlumat yayıb.
Qeyd olunub ki, ikitərəfli danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin Tramp və Si Cinpinə qoşulacaq. Üçtərəfli görüş yerli vaxtla 14:30-a (Bakı vaxtı ilə 10:30-a) planlaşdırılıb.
AP-nin məlumatına görə, Tramp nüvə silahlarına nəzarəti, Ukrayna və İrandakı münaqişələrin nizamlanmasını müzakirə etmək niyyətindədir.
"Reuters"in məlumatına görə, D.Tramp bildirib ki, o və Si Cinpin Hörmüz boğazından neftin maneəsiz tədarükünün tərəfdarıdırlar.
"Həm Birləşmiş Ştatlar, həm də Çin enerji axınlarının Hörmüz boğazından keçməsində və İranın nüvə silahının olmamasında maraqlıdır. Biz hər ikimiz bu mövqeyə çox qətiyyətlə sadiqik", - D.Tramp qeyd edib
Daha əvvəl Tramp və Putin təxminən 40 dəqiqə davam edən ayrı görüş keçiriblər. Bu, onların Alyaskada görüşdükləri 2025-ci ilin avqust ayından bəri ilk əyani danışıqları idi.