AMEA-nın strukturunda dəyişiklik edildi - QƏRAR

“Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr yeni redaksiyada verilib.

Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr aşağıdakılardır:

- Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu;

- Nizami Gəncəvi Mərkəzi.

Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn məsələləri həll edəcək.