Baş nazir Əli Əsədov qərar imzaladı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələrin sayı 3-dən 2-yə endirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Azərbaycan Milli Elmlər Akademiyasının strukturu"nda dəyişiklik edilərək bölmənin tabeliyindəki elmi müəssisələr Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu və Nizami Gəncəvi Mərkəzi kimi müəyyənləşdirilib.

Qeyd edək ki, buna qədər Gəncə bölməsinin tabeliyində Humanitar Tədqiqatlar İnstitutu, Diyarşünaslıq İnstitutu və Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərirdi.

Sənəddən irəli gələn məsələlərin həlli Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.