Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib. Şuranın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli yeni qaydalarla bağlı APA-nın suallarını cavablandırıb- Media subyektləri üçün müsabiqənin qaydalarına edilmiş yeniliklər kifayət qədər prinsipial əhəmiyyət daşıyır. Onlayn media subyektlərinə şamil edilən yeni qaydalardan başlayaq.- Bildiyiniz kimi, media subyektləri üçün müsabiqənin məqsədi onların inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verməkdir. Fərdi jurnalist müsabiqəsi isə jurnalistlərin peşəkarlığının artırılmasına və fərdi yaradıcılıq bacarıqlarının təkmilləşdirilməsinə şərait yaratmaq məqsədi daşıyır.Rəqəmsallaşma informasiyanın yayılma sürətini artırmaqla yanaşı, onun məzmununa və təqdimat formasına da ciddi təsir göstərir. Sosial şəbəkə platformalarının insanların gündəlik həyatında rolu artdıqca medianın bu platformalarda fəal iştirakı daha böyük əhəmiyyət kəsb edir. Bu dəyişiklikləri nəzərə alaraq, həm jurnalistlərin peşəkarlığının artırılmasını, həm də medianın rəqəmsal mühitdə auditoriyaya çatmaq və ona təsir göstərmək imkanlarının genişləndirilməsini əsas hədəflərimiz kimi müəyyən etmişik.Müsabiqələrdə yeni yanaşma məhz rəqəmsal transformasiyanı, sosial şəbəkələrin artan rolunu və media məzmununun daha geniş auditoriyaya çatdırılması zərurətini əsas götürərək tətbiq olunur. Konkret onlayn media subyektlərinə gəlincə, onların yekun qiymətləndirilməsi üç əsas komponent üzrə aparılacaq: ümumi balın 50 faizini ekspert qiymətləndirməsi, 25 faizini veb-saytın səhifə baxışları (“pageviews”), qalan 25 faizini isə sosial şəbəkə göstəriciləri təşkil edəcək. Artıq sosial şəbəkə aktivliyi ümumi bir üstünlük kimi deyil, ayrıca və ölçülə bilən qiymətləndirmə mexanizmi əsasında nəzərə alınacaq. Bu zaman “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” olmaqla 6 platforma üzrə qiymətləndirmə aparılacaq. Həmin göstəricilərin hesablanmasında isə izləyici sayına 30 faiz, qarşılıqlı əlaqə sayına (“engagement”) 50 faiz, paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalına (“average engagement rate per post”) isə 20 faiz çəki veriləcək. Diqqət yetirdinizsə, onlayn medianın ümumi qiymətləndirməsində əsas bal məzmunu dəyərləndirən ekspert qiymətləndirməsinə verilir. Başqa sözlə desək, bizim üçün ciddi ictimai əhəmiyyət daşıyan, peşəkarlıq standartlarına cavab verən yaradıcı jurnalist əməyi prioritet olaraq qalır. Beləliklə, biz keyfiyyətli məzmun yaradan medianın rəqəmsal mühitdə fəallığını stimullaşdırmaqla bütövlükdə informasiya ekosistemində məzmunun istər kəmiyyət, istərsə də keyfiyyət baxımından çəkisinin artacağına inanırıq.- Sosial şəbəkələrdə media subyektlərinin fəallığının şəffaflığını təmin etmək üçün Şura hansı mexanizmlər tətbiq etməyi planlaşdırır, xüsusən də haqsız rəqabətin qarşısını almaq mümkün olacaqmı?- Təbii ki, bu çox vacib nüansdır. Ümumi səhifə baxışlarının, veb-sayta daxilolmaların, sosial şəbəkə hesablarının izləyici sayının və qarşılıqlı əlaqə göstəricilərinin proqram təminatı və ya digər vasitələrlə həqiqi istifadəçi marağını və fəallığını əks etdirməyən şəkildə artırılması halında müvafiq göstəricilər qiymətləndirmədə nəzərə alınmayacaq. Maliyyə yardımının göstərildiyi dövrdə onlayn media subyektinin veb-saytının və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edildikdə həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq və xəbərdarlıq ediləcək. Bu hal ikinci dəfə təkrarlandıqda müqaviləyə xitam veriləcək və subyekt növbəti yarım il üçün elan edilən müsabiqədə iştirak edə bilməyəcək. Düşünürük ki, bu prinsipial yanaşma media subyektləri arasında rəqabətin rəqəmsal etika prinsipləri çərçivəsindən kənara çıxmasının qarşısını alacaq.- Əvvəlki müsabiqələrdə saytların məzmunu ilə yanaşı, texniki göstəriciləri də qiymətləndirilirdi, yeni qaydalarda bu məsələ necə həllini tapır?- Məqalə və məzmun keyfiyyətinin qiymətləndirilməsi ilə yanaşı, bu dəfə də veb-saytların müasir texniki standartlara uyğunluğu nəzərə alınacaq. Əsas meyarlar veb-saytın vizual dizaynı və interfeysi, istifadəçi təcrübəsi, informasiya arxitekturası və naviqasiya strukturu, xəbər və bölmələrin əlçatanlığı və məntiqi təşkili, funksionallığıdır. Eyni zamanda, saytların informasiya təhlükəsizliyi, yüklənmə sürəti, mobil cihazlara və müxtəlif brauzerlərə uyğunluğu, axtarış imkanları, keçidlərin işləkliyi və ümumi texniki dayanıqlılığı da nəzərə alınacaq.- Fərdi jurnalist müsabiqəsinin qaydalarına da yeniliklər nəzərdə tutulub, bu müsabiqələrə jurnalistlərin marağını nəzərə alaraq yeni yanaşma barədə məlumat verərdiniz.- Bu istiqamət üzrə biz yenə də maraqlı, ictimai əhəmiyyətli və jurnalistika standartlarına uyğun hazırlanmış materiallar gözləyirik. Yenilik jurnalistlərin təqdim etdikləri materialların şəxsi rəqəmsal hesabları vasitəsilə yayılması və auditoriya ilə qarşılıqlı əlaqəsinin qiymətləndirmə prosesinə daxil edilməsidir. Qaydalara əsasən, qiymətləndirmədə jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı özünə məxsus və özü tərəfindən idarə olunan bir və ya bir neçə fərdi rəqəmsal hesabında yerləşdirdiyi paylaşımlar nəzərə alınır. Burada əsas göstərici qarşılıqlı əlaqə sayıdır (“engagement”). Yəni paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım (“share”) və saxlamaların (“save”) ümumi sayı hesablanır. Bu yanaşma həm materialın peşəkar keyfiyyətini, həm də onun auditoriyaya çatdırılması və rəqəmsal müstəvidə yaratdığı təsiri nəzərə alır.- Bu yeniliklərin mahiyyət etibarı ilə ölkənin media ekosisteminə hansı təsirləri olacaq?- Yeni qaydalar media subyektlərini real oxucu auditoriyasının genişləndirilməsinə, texniki dayanıqlılığın artırılmasına, sosial şəbəkə platformalarında effektiv fəaliyyətə və rəqəmsal optimizasiyaya təşviq edir. Süni göstəricilərin yaradılmasına qarşı tənzimləmə mexanizmləri sağlam rəqabət mühitinin qorunmasına xidmət göstərir. Yeni qiymətləndirmə modeli Azərbaycan mediasının peşəkarlığının artırılmasına və beynəlxalq rəqəmsal standartlara uyğunlaşmasına töhfə verməyi hədəfləyir. Model gələcəkdə Böyük Data analitikası, süni intellekt əsaslı alətlərin media idarəçiliyində tətbiqi və alqoritmik şəffaflıq kimi istiqamətlərin inkişafı üçün zəmin yaradır. Media platformalarının innovativ infrastruktura yiyələnməsi, alqoritmlərlə effektiv işləməsi və kibertəhlükəsizlik standartlarına uyğunlaşması milli media ekosisteminin qlobal rəqabətədavamlılığını gücləndirəcək.
Bu gün
100 xəbər bu gün
Nigeriyanın cənubundakı Bayelsa ştatında göyərtəsində 300 nəfərin olduğu gəmi batıb.
2026-cı ilin noyabr ayında üç bürcün həyatı nəhayət yaxşılaşmağa başlayacaq. Ayın sonuna qədər onlar müəyyən hadisələrin necə cərəyan etdiyinə münasibətlərində əhəmiyyətli bir fərq hiss edəcəklər. Bu, əsasən Venera və…
Avropa İttifaqı (Aİ) və İndoneziya on il davam edən danışıqlardan sonra şənbə günü ticarət və investisiya sazişləri imzalayıb. Sazişlər çərçivəsində Aİ mallarına tətbiq olunan gömrük…
22 noyabr üçün bürc proqnozu hazırdır. Hər bürc üçün günün əsas məqamlarını sizin üçün topladıq.
Honkonq Elm və Texnologiya Universitetinin alimləri diş əti kənarındakı mayedə qlükoza və sidik turşusunun səviyyəsini ölçən sensorlarla təchiz olunmuş diş sapı hazırlayıblar. İlkin sınaqlar zamanı cihazın göstəriciləri…
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat…
Meksika ordusunun dörd hərbi qulluqçusu Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının başçısı "Çapo İsidro" ləqəbli Fausto İsidronun tutulması əməliyyatı zamanı həlak olub. Bu barədə ölkənin Milli Müdafiə…
Bakı, 22 noyabr, AZƏRTAC ABŞ-nin “SpaceX” şirkəti ölkənin Kosmik Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulan kosmik aparatları daşıyan “Falcon 9” raketini orbitə buraxıb.AZƏRTAC xəbər verir ki, bu barədə şirkət “X”…
Сегодня звезды гороскопа наделяют повышенной активностью, энергичностью, целеустремленностью и пробивными способностями. Такой набор качеств позволяет за сутки переделать больше дел, чем за неделю, совершив прорыв…
Непобеждённый боец UFC, выступающий в категории до 93 кг, новозеландец Навахо Стирлинг брутально нокаутировал бывшего чемпиона UFC в полутяжёлом весе чеха Иржи Прохазку в конце второго раунда в поединке, который прошёл в…
Krasnodar
Prezident
Bərdə rayonunun Xanərəb kəndində yaşayan 63 yaşlı Nəhayət Qasımovanın xəstəlik pensiyası dayandırılıb. Ürək və onurğa problemlərindən əziyyət çəkən qadın maddi çətinliklər səbəbindən dərmanlarını almaqda, hətta evini…
Böyük Britaniya və Ukrayna arasında müdafiə sahəsində yeni sazişlər imzalanıb.
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti qələbəsini qazanıb.
İstanbulda Ümraniyə–Ataşehir–Göztepe metro xətti dekabrın 19-da istifadəyə veriləcək. Yeni xəttlə Ümraniyədən Göztepeyə səfər cəmi 21 dəqiqə çəkəcək. Haberler.com-a istinadən, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin…
Bəhreyndə İran tərəfindən sənaye obyektinə endirilən zərbə nəticəsində yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb…
Çinin süni intellekt korporasiyası “MiniMax”ın təsisçisi Yan Junjie şirkətin dəyərinin kəskin şəkildə azalması səbəbindən milyarder statusunu itirib. Bu haqda “Forbes” məlumat yayıb. “UOB Kay Hian” maliyyə qrupunda fərdi…
Qazaxıstanda virus yayılması səbəbindən Almatı şəhərinin 14 000-dən çox sakini tibbi yardım üçün müraciət edib. SHOT "Telegram" kanalı xəbər verir ki, təxminən 3 000 uşaq xəstəxanaya yerləşdirilib. Yoluxanlar bir neçə…
Quba uzun illər Azərbaycanın əsas alma yetişdirilən bölgələrindən biri kimi tanınıb. Lakin son beş ildə rayonda alma bağlarının sahəsi təxminən yarıbayarı azalıb. Bu il isə yağıntılı və rütubətli hava şəraitinin…
Ağdam rayonunda məktəbli qıza sahibsiz itlərin hücumu qeydə alınıb. Hadisə rayonun Quzanlı qəsəbəsində, 150 saylı tam orta məktəbin yaxınlığında baş verib. Belə ki, hazırlıq məşğələsindən evə qayıdan yeniyetmə qıza bir…
"Bulgari" brendini yüksək moda dünyasına çıxaran italiyalı zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. Məlumatı "La Repubblica" qəzeti yayıb. Brendin əsasını Paolo Bulqarinin babası, yunan mühacir Sotirio qoyub. O…
"20th Century Studios" kino studiyası "Evdə tək" filminin davamını çəkəcək. Yeni filmdə Makoley Kalkin yenidən rol alacaq. Yetkinlik yaşına çatmış Kevinin həyatından bəhs edəcək layihə hazırda ilkin hazırlıq…
Almaniya sakinlərinin böyük əksəriyyəti kansler Fridrix Merzin və onun rəhbərlik etdiyi federal hökumətin fəaliyyətindən narazıdır. “Bild” qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun…
O, Berlində keçirilən beynəlxalq konfransa gedərkən hava limanından geri qaytarıldığını bildirib. Bundan əvvəl Milli Şuranın sədri Cəmil Həsənli də oxşar məhdudiyyətlə üzləşdiyini açıqlamışdı. Müsavat Partiyasının…
Mənbə: Kaspi Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu…
Hindistanın Manipur ştatında saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 15 nəfər ölüb, 180-dən çox şəxs xəstəxanaya yerləşdirilib. Bu barədə ştatın baş naziri Kxemçand Yumam məlumat verib. Yerli medianın məlumatına…
Gürcüstanda noyabrın 22-də elan edilmiş ümummilli matəm günü ilə əlaqədar ölkə ərazisində dövlət bayraqları yarıya qədər endirilib. Hökumətin qərarına əsasən, matəm tədbiri bütün ölkəni əhatə edir. Dövlət bayraqları…
Вице-президент США Джей Ди Венс и госсекретарь Марко Рубио не смогли сдержать улыбок после заявления президента Дональда Трампа в ходе публичного выступления о собственной генетической...
Евросоюз намерен увеличить расходы на оборону в следующем семилетнем бюджетном цикле на 232% по сравнению с нынешним периодом, следует из нового проекта бюджета на 2028–2034...
По всей Франции прошли массовые демонстрации против роста цен. Общее число участников акций достигло 82,5 тысячи человек. Как передает Day.Az, об этом сообщает Le Monde со ссылкой на данные Министерства внутренних дел…
Определился итоговый общекомандный зачет молодежного чемпионата мира по дзюдо, проходящего в столице Узбекистана - Ташкенте, по завершении индивидуальных соревнований. Со ссылкой на İdma, n.Biz, в медальной таблице…
В рамках III Международного оперного фестиваля Фидан Гаджиевой в Центральной школе искусств имени Гара Гараева состоялся концерт "Наследие искусства - голос будущего", посвящённый памяти выдающегося азербайджанского…
В Гяндже произошло дорожно-транспортное происшествие. Со ссылкой на Qafqazinfo, авария зарегистрирована на проспекте Ататюрка. Столкнулись автомобили марки VAZ 2107 и Toyota Corolla. По предварительным данным, в…
Vladimir Zelenski
Noyabrın 21-də Fransanın müxtəlif bölgələrində qiymət artımına qarşı keçirilən nümayişlərin iştirakçılarının ümumi sayı 82 500 nəfərə çatıb. Ən böyük aksiya Parisdə baş tutub. Respublika meydanından Millət meydanına…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. Yenicag.az paylaşımı təqdim edir:
Fransanın “Bavariya” klubunda çıxış edən yarımmüdafiəçisi Maykl Olise Almaniya çempionatının X turunda “Köln”lə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda zədələnib. Bu barədə Almaniya klubunun…
İranın daxili işlərə müdaxiləsi və İsrailin işğalı Livanın tam müstəqilliyinin bərqərar olması yolunda iki əsas maneədir.
"20th Century Studios" kino studiyası "Evdə tək" filminin davamını çəkəcək. Yeni filmdə Makoley Kalkin yenidən rol alacaq. Yetkinlik yaşına çatmış Kevinin həyatından bəhs edəcək layihə hazırda ilkin hazırlıq…