Badamdarda sürüşmə aktivliyi davam edir

Səbail rayonu, Badamdar–20-ci sahədə sürüşmə aktivliyi davam edir.

Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Ərazidə vəziyyətin dinamikası izlənilir.