Fuad Hüseynov BDU-dan çıxarılmayıb - YENİLƏNİB

Bakı Dövlət Universiteti (BDU) İKT üzrə mütəxəssis Fuad Hüseynovun işdən çıxarıldığı barədə yayılan məlumatı təkzib edib.

Universitetin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yayılan məlumat dezinformasiyadır.

Qeyd edək ki, Fuad Hüseynov BDU-da imtahanlar zamanı köçürmə hallarının qarşısının alınmasına nəzarət edir.

Bakı Dövlət Universitetinin (BDU) informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssisi Fuad Hüseynovun işdən çıxarıldığı bildirilir.

Onun hansı səbəbdən işdən çıxarıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, Fuad Hüseynov BDU-da imtahanlar zamanı köçürmə hallarının qarşısının alınmasına nəzarət edir, belə hallar aşkarlandıqda sərt tədbirlər görürdü.