Əsgəran qalası Qarabağda dəmir yollarının dirçəlişinə şahidlik edəcək - Foto/Video

XVIII əsrdə Pənahəli xan tərəfindən inşa edilmiş məşhur Əsgəran qalasının divarları yaxınlığından Xocalıdan Xankəndiyə çəkilən dəmir yolu xəttinin relsləri keçəcək.

Dəmir yolu xəttinin tikintisi zamanı qala kompleksinin qorunması məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) xüsusi texnologiyalar və müasir həllər tətbiq edəcək.

Beləliklə, qədim qala Qarabağda dəmir yollarının dirçəlişinə şahidlik edəcək.