Bakı, 18 noyabr, AZƏRTAC Müasir beynəlxalq münasibətlər sisteminin strukturunda baş verən dəyişikliklər Azərbaycanın digər dövlətlərlə və regional təşkilatlarla qarşılıqlı əlaqələrində transformasiyaya səbəb olub. Formalaşmaqda olan multipolyar dünya düzənində Azərbaycanın digər dövlətlərlə və regional təşkilatlarla münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu baxımdan, “Avropa Siyasi Birliyi”nin noyabrın 12-də Dublində keçirilən Zirvə Toplantısı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla deyib.“Prezident İlham Əliyev Dublində 10 yüksəksəviyyəli görüş keçirib. Bu görüşlərə Avropa Şurasının Prezidenti Antonio Koşta, eləcə də müxtəlif dövlət və hökumət başçıları ilə aparılan müzakirələr daxildir. Prezident İlham Əliyevin Dublin Sammiti çərçivəsində keçirdiyi görüşləri Azərbaycanın həm Avropa İttifaqı, həm də “Avropa Siyasi Birliyi”nə üzv ölkələrlə münasibətlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirmək olar. Dublin Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin apardığı danışıqların məzmunu, ilk növbədə, Avropa məkanında Azərbaycana marağın artdığını təsdiqləyir”, – deyə M.Abdulla bildirib.O qeyd edib ki, hazırda təhlükəsizliyin təmin olunması bir çox beynəlxalq və regional subyektlər üçün əsas prioritetlərdən biridir: “Bu baxımdan, Avropa geosiyasi məkanı ön sıralarda dayanır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Hazırda Azərbaycanla Avropa arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi enerji təchizatı mənbələrinin şaxələndirilməsi ilə müşayiət olunur. Belə ki, Azərbaycan əvvəlcə Avropaya neft ixrac edirdisə, sonradan enerji əməkdaşlığına təbii qaz ixracı da əlavə olundu. Hazırda Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli istiqamətində hazırlıq işləri aparılır. Bu da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu artıran amillərdəndir”.“Avropa Siyasi Birliyi”nin Dublində keçirilən Zirvə Toplantısında Prezident İlham Əliyevin apardığı müzakirələr zamanı qarşı tərəflərin Azərbaycandan təbii qaz tədarükünə xüsusi maraq göstərməsi də qeyd olunan amillə bağlıdır. Bu, eyni zamanda, Azərbaycanın etibarlı tərəfdaş olmasından irəli gəlir. Çünki Azərbaycan Avropa İttifaqının və onun tərəfdaş dövlətlərinin enerji təhlükəsizliyi strategiyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”.“2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və onun icrası artıq öz bəhrəsini verməkdədir. Azərbaycan Avropanın 16 ölkəsinə təbii qaz ixrac edir ki, onların da 10-u Avropa İttifaqının üzvüdür. Avropa ölkələrində interkonnektorların inşası Azərbaycan qazının qitəyə daha az xərclə nəqlini və paylanmasını asanlaşdırır.Eyni zamanda, Azərbaycanın Avropa ilə münasibətləri yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar Avropa ilə əməkdaşlıq çərçivəsində daha mühüm meqalayihələrin meydana çıxmasına səbəb olub. Bu kontekstdə Avropadan Çinə və əks istiqamətdə uzanan Orta Dəhliz geostrateji əhəmiyyətə malik nəqliyyat marşrutu kimi ön plana çıxır. Avropa İttifaqının Mərkəzi Asiyada həyata keçirməyə çalışdığı “Global Gateway” layihəsinin reallaşdırılması da Azərbaycanla münasibətlərin səviyyəsindən xeyli dərəcədə asılıdır. Başqa sözlə, Azərbaycan coğrafi mövqeyinə görə Avropa ilə Mərkəzi Asiya arasında tranzit körpü funksiyasını yerinə yetirir”, - deyə o qeyd edib.M.Abdulla deyib ki, Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına üzv seçilməsi və qurumun fəaliyyətində iştirakı regionlararası logistika və ticarət əlaqələrinin inkişafına töhfə verə biləcək mühüm siyasi hadisədir: “Prezident İlham Əliyevin postmünaqişə dövründə siyasi sabitliyə əsaslanan regional iqtisadi inkişaf strategiyası Avropa İttifaqı və onun tərəfdaş ölkələri tərəfindən dəstəklənən əməkdaşlıq istiqamətlərindən biridir.Qərbdə Azərbaycana marağın artmasının digər səbəbləri də var. Bu, ölkəmizin Avrasiya geosiyasi məkanında siyasi çəkisinin artması ilə bağlıdır. Hazırda Azərbaycan dünyanın əsas siyasi güc mərkəzləri olan ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıb. Bundan başqa, Azərbaycan Türkiyə kimi qüdrətli dövlətlə müttəfiqlik münasibətlərinə malikdir.2028-ci ilin mayında “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu tədbir Avropa ölkələri ilə siyasi dialoqun inkişafı üçün yeni platforma yaradacaq. Azərbaycanın ev sahibliyi ilə formalaşacaq yeni əməkdaşlıq müstəvisi və əldə olunacaq razılaşmalar regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm diplomatik mərhələ olacaq”. Müxbir – Pərvanə Qafarova
Bu gün
4009 xəbər bu gün
"Real Madrid" futbol klubu Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni ilə müqavilənin müddətini uzadıb.
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində, Bəkaa vadisinin Cənta bölgəsində “Hizbullah”a məxsus obyektə zərbə endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb. Bildirilib…
Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. Nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin…
Ukraynalı futbolçu Mixail Mudrik dopinq testinin müsbət nəticələnməsinə və futboldan uzaqlaşdırılmasına görə Ukrayna milli komandasının ətrafındakı mühiti günahlandırıb. X “Çelsi”yə məxsus...
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında olub. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Bakı Xoreoqrafiya Akademiyasında istedadlı və gözəl...
İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “Komo” komandasında çıxış edən argentinalı yarımmüdafiəçi Nikolas Pazı transfer etmək istəyir. Redaktor.az xəbər verir ki, “Sky Sports”un qəzetlərə istinadən...
Mauricio Poçettino İngiltərə klubunun baş məşqçisi kimi ilk müsahibəsində komandanın qarşısında duran əsas vəzifələri açıqlayıb. Redaktor.az xəbər verir ki, 54 yaşlı argentinalı mütəxəssis ABŞ millisindəki…
Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb.
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpinlə Çində keçirilən sammiti uğurlu hesab edir.
Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. Nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin…
Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından təxminən 8 saat sonra xilasedicilər dağıntılar altından 3 yaşlı uşağı sağ çıxarıblar. Uşaq təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya…
Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinq zamanı özündən çıxaraq sual verən jurnalisti təhqir edib. Daha sonra ona qarşı məhkəmə iddiası qaldırmaq üçün səbəb…
Şahmat tarixində elə tapmacalar var ki, üstündən 160 ildən çox vaxt keçməsinə baxmayaraq, öz marağını itirmir.…
Siqaret çəkmək çoxları üçün gündəlik vərdiş, bəziləri üçünsə stressdən qurtulmağın yolu hesab olunur. Ancaq insanın hər gün…
Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb.
İstehlakçının aldığı məhsulda yaranan nasazlığın səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza aparıla bilər. Lakin ekspertizanın nəticəsi ilə razılaşmayan vətəndaşın məsələni məhkəmədə mübahisələndirmək hüququ var…
Varşava hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynaya öz qoşunlarını göndərmək niyyətində deyil. Bu barədə Polşanın Baş naziri Donald Tusk Polşada keçirilən NATO-nun "Koalisiya…
ABŞ Prezidenti Donald Tramp Avropa liderlərini Ukraynaya hərbi yardımın davam etdirilməsi məsələsinə yenidən baxmağa çağırıb. Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tramp gözlənilmədən…
“COP31 çərçivəsində COP29 Sədrliyi və Kiçik Ada Dövlətlərinin Ekoloji Dayanıqlılığı üzrə Birlik Fondu tərəfindən qrant alacaq ilk beş ölkənin adını açıqlamaqdan məmnunluq duyuruq”. Bu barədə Azərbaycan xarici işlər…
“Rusiya tərəfi Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı Avropa ölkələrinin də iştirak edəcəyi çoxtərəfli danışıqlara qatılmağa hazır olduğunu bildirib”. Bunu ABŞ Prezidentinin kürəkəni Cared Kuşner açıqlayıb…
Tramp Putin və Si Cinpinlə görüşündən sonra Avropa liderlərinə zəng edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “İstəkli dövlətlər koalisiyası” liderlərinin Berlində keçirilən sammitindən sonra təşkil olunan…
Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatları ilə görüşüb. Görüşdə Azərbaycan–Ukrayna münasibətləri, parlamentlərarası…
Türkiyədə zəncirvari qəza baş verib. İstanbulun Bağcılar bölgəsindəki TEM şossesində, mikroavtobus da daxil olmaqla, üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.On səkkiz nəfər yaralanıb və təcili…
Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. Nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin…
Bir neçə gün əvvəl FDA tərəfindən Hepatit B üçün yeni müalicə preparatı - Hibsago (bepirovirsen) qəbul edildi. Bəs yeni preparat kimlər üçün nəzərdə tutulub və nə vəd edir?Bu sualla bağlı infeksionist Roza Murad…
Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilməsi ehtimalı mümkündür. Xarici mediaya istinadən, bu…
Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. Nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin…
İstehlakçının aldığı məhsulda yaranan nasazlığın səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza aparıla bilər. Lakin ekspertizanın nəticəsi ilə razılaşmayan vətəndaşın məsələni məhkəmədə mübahisələndirmək hüququ var…
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. Medianews.az xəbər v...
Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb.
İstehlakçının aldığı məhsulda yaranan nasazlığın səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza aparıla bilər. Lakin ekspertizanın nəticəsi ilə razılaşmayan vətəndaşın məsələni məhkəmədə mübahisələndirmək hüququ var…
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb.
“Xəzərin sahilində 3 min 227 qanunsuz tikili aşkarlanıb”. Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili və Geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib. Onun sözlərinə görə, həmin…
Российский лидер анонсировал "более болезненный" ответ.
Азербайджан выразил соболезнования Грузии в связи со взрывом в жилом доме в Тбилиси, в результате которого погибли люди и есть пострадавшие. «Мы глубоко опечалены известием...
Россия выразила готовность участвовать в многосторонних переговорах по урегулированию войны в Украине с участием европейских стран, заявил спецпосланник президента США Джаред Кушнер на пресс-конференции по...
Канцлер Германии Фридрих Мерц назвал удар Украины по Крымскому мосту свидетельством уязвимости России. Выступая по итогам встречи «Коалиции желающих» в Берлине, он сообщил, что только...
Болельщики из 74 стран приобрели билеты на матч между азербайджанским "Сабахом" и испанской "Барселоной" в рамках пятого тура общего этапа Лиги чемпионов УЕФА. Со ссылкой на İdma, n.Biz, об этом сообщается на официальной…
В Стамбуле в честь шестой годовщины Победы Азербайджана состоялась концертная программа под названием "Bir Zəfər, iki şəhər".
Asif Nərimanlı
Böyük Britaniya və Norveç Ukrayna üçün iki müasir döyüş katerinin inşasına 100 milyon funt sterlinqdən çox vəsait ayıracaq. Bu barədə Britaniya hökumətinin bəyanatında bildirilib. Plana əsasən,…
Azərbaycan Gürcüstana Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım...
ABŞ-nin Kaliforniya Universitetinin Santa-Kruz kampusunun alimləri opuntiya kaktusundan elektrik enerjisi əldə etməyin üsulunu hazırlayıblar. Bitkinin gövdəsi üzvi günəş paneli kimi fəaliyyət göstərərək az miqdarda…
Ölkə.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir. İlk mərhələdə üç ədəd "Kızılelma"nın təhvil verilməsi ilə dünya aviasiya tarixində ilk dəfə pilotsuz döyüş təyyarəsi əməliyyat məqsədilə silahlanmaya…
Azərbaycan Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.