Millinin futbolçusuna bir neçə ölkədən təkliflər gəlib

Türkiyənin “Bursaspor” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Toral Bayramov bir neçə klubdan təklif alıb.

Bu barədə informasiyanı Türkiyə klubu yayıb.

Bildirilib ki, 25 yaşlı müdafiəçiyə Azərbaycan və başqa ölkələrdən rəsmi təkliflər gəlib. Lakin I Liqa təmsilçisi Bayramovu asanlıqla buraxmaq istəmir. Klub ondan daha yaxşı çıxış gözləyir.

Qeyd edək ki, “Bursaspor”a ötən yay “Qarabağ”dan keçən Toral Bayramov I Liqa təmsilçisi ilə 2029-cu ilin iyun ayınadək müqavilə imzalayıb. (Azərtac)